Azərbaycanda müşahidə olunan hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Aktual.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, yaxın 2-3 gün ərzində mülayim hava şəraiti müşahidə olunacaq.
Ölkənin bəzi yerlərdə gecə saatlarında yağışın, qarın yağmasına baxmayaraq, havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Aktual.az
Xəbər 290 dəfə oxunub.