Yataq otağınıza bunları qoymayın

Yataq otağınıza bunları qoymayın

Pozitiv bir yuxu üçün yataq otağınızı “Feng Shui” qaydasına görə tənzimləyin.

Aile.lent.az “Feng Shui” qaydasına uyğun olaraq yataq otağında olmaması gərəkən şeyləri təqdim edir.

 Yatağınızı əks etdirən bir aynadan, ya da aynalı şkafdan istifadə etməyin. Əgər yerini dəyişdirə bilmirsinizsə, üzərinə bir parça ata bilərsiniz. Güzgülərin yuxu rahatlığını pozduğu düşünülür.

Yatağınızı işıq qaynağının tam altında yerləşdirməyin. Bu işıq yuxunuza mane ola bilər.

Yataq otağınızda su ilə bağlı bir şeylər qoymayın. Akvarium, dəniz, göl rəsmi, ya da foto kimi akssesuarlardan istifadə etməyin. “Feng Shui” qaydasına görə bunlar maddi itki və oğurluğa yol açır.

Çiçək, bitkilərinizi yataq otağından kənarda saxlayın. Bitkilər sizin dincəlməyə ehtiyacınız olduğu halda çox enerji dolu və aktiv olmanızı təmin edir. Əgər otağınıza bitki qoymaq istəyirsinizsə, yataqdaykən görəməyəcəyiniz bir yerə qoyun.

Yatağınızın ətrafının dağınıq olmağından, ya da bir tərəfinin divara söykənmiş olmasından qaçın. Bu, şəxsi həyatda qarışıqlığa səbəb olur.

Televizordan qurtulun. Televizor ziyanlı maqnit sahə yaradır. Əgər yataqda televizora baxmağa vərdiş edirsinizsə, baxmadığınızda üzərini ağ örpəklə örtün.

Kitablarınız üçün başqa bir yer tapın. Əgər yatmadan əvvəl kitab oxuyursunuzsa, yataq otağınızda bir neçə kitab qoya bilərsiniz. Ancaq çox kitab yerləşdirmək yaxşı olmaz. Yataq otağı sadəcə rahatlamaq və hüzur tapmaq üçündür. 

Xəbər 886 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR