Yaşlı qadını pula görə öldürüb, basdıran gəncə 10 il həbs cəzası - (EKSKLÜZİV FOTO)

Yaşlı qadını pula görə öldürüb, basdıran gəncə 10 il həbs cəzası - (EKSKLÜZİV FOTO)

Вakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini İlham Aslanovun (1998-ci il təv.) CM-nin 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə prosesi başa çatıb. 

Aktual.az xəbər verir ki, ittiham aktına əsasən, ötən il iyunun 29-da Quba RPŞ-nin əməkdaşları Amsar kənd sakini İlham Aslanovu saxlayıblar. O, izahatında həmin il martın 21-də qarət məqsədi ilə şəhər sakini, 84 yaşlı Gülpəri Musayevanın evinə girməsini, onu iplə boğaraq öldürüb, evdən 103 manat pul aparmasını göstərib. Bundan sonra onun göstərdiyi yerdə qazıntı işi aparılıb və mərhumun meyiti ekskumasiya edilib. 

Məhkəmə prosesində İ.Aslanov ittiham üzrə özünü təqsirli bilib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza-çəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.


Xəbər 595 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR