Dörd nəfərlik ailə qətlə yetirilib

Dörd nəfərlik ailə qətlə yetirilib

ABŞ-ın Oklahoma ştatının Talsa şəhərində yerləşən evlərin birində üzərində güllə yaraları olan bir ailənin dörd üzvünün meyiti aşkarlanıb.


APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Seattle Pi nəşri  məlumat yayıb. Məlumata görə, qətlə yetirilənlər ər-arvad və onların 5 və 8 yaşlı oğlan övladlarıdır.    

 

Nəşrin məlumatına görə, cütlüyün işə çıxmaması və zənglərə cavab verməməsi narahatlığa səbəb olub, bu səbəbdən  həmkarları onların axtarışına başlayıb. Onların yaşadığı ünvana çağırılan polis əməkdaşları evə daxil olduqda dəhşətli mənzərə ilə qarşılaşıb.

 

İlkin versiyaya əsasən, ailə başçısı yaxınlarını qətlə yetirdikdən sonra intihar edib. 


Xəbər 713 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR