“Yaşıllaşdırma marafonu” uğurla davam edir Gəncədə

“Yaşıllaşdırma marafonu” uğurla davam edir  Gəncədə

Gəncə şəhər İcra Hakimiyyəti və “İDEA” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Yaşıllaşdırma Marafonu” şəhərimizdə çox böyük uğurla davam edir. Bu gün Gəncənin bütün idarə, müəssisə və təşkilatların kollektivləri, YAP fəalları, tələbə-gənclər, ictimaiyyət nümayəndələri “Yaşıllaşdırma Marafonu” çərçivəsində keçirilən ağacəkmə kampaniyasında işgüzarlıq və coşqu nümayiş etdirərək yüksək əhval-ruhiyyə ilə aksiyaya qoşulublar. Şəhərimizin ən gözəl və yaraşıqlı parkı olan, ulu öndər Heydər Əliyevin adını daşıyan Park-kompleksdə yeni ağacların, gül-çiçəklərin əkilməsi artıq ənənəvi hal alıb. Bu gün Park-kompleksdə 3000-dən çox Eldar şamı əkilib. Bu ağaclar Park-kompleksin yaşıl libasını daha da zənginləşdirəcək, onun görkəminə yeni bir füsunkarlıq gətirəcək.

Qeyd edək ki, “Yaşıllaşdırma Marafonu” çərçivəsində keçirilən ağacəkmə aksiyası may ayının sonuna kimi davam edəcək.

 Süsən Tağıyeva

Xəbər 991 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR