Ötən il Azərbaycanda 18-ə yaşa qədər 401 yeniyetmə nikaha daxil olub.
Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika komitəsindən məlumat verilib.
Bildirilib ki, 2015-ci ildə 18 yaşı tamam olmayan 3 oğlan, 388 qız nikaha daxil olub.
Ötən il isə 18 yaşı tamam olmayan 431 yeniyetmə nikaha daxil olub. Onlardan 2-i oğlan, 429-u qızdır.
Qeyd edilib ki, 18 yaşadək nikaha daxil olanların sayında nəzərə çarpacaq dərəcədə azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaşın müəyyən olunmasıdır.