Yasamalda "barıqa"nı mala görə öldürən şəxs apellyasiya şikayəti verib - (EKSKLÜZİV FOTO)

Yasamalda

Bakı Apellyasiya Məhkəməində Bakı ş. sakini Elçin Cavadovun (1988-ci il təv.) CM-nin 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.3.3 (zərərçəkmişin sağlamlığına ağır zərər vurulmaqla quldurluq), 221.3 (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, saxlama və gəzdirmə ) maddələri ilə məhkəmə prosesi başlayıb.

Aktual.az xəbər verir ki, ötən il mayın 2-nə keçən gecə, DİN-n 102 xidmətindən daxil olan məlumat əsasında  Yasamal r/n 29-cu polis bölməsinin əməkdaşları yaşadığı evin mətbəxində bıçaq xəsarətləri ilə 41 yaşlı Mirzə Hüseynovun meyitini aşkar ediblər. Divanın altından bir, mətbəx otağından iki ədəd bıçaq götürülüb. Yataq otağında olan boz rəngli şalvarın arxa cibindən 5 ədəd, şkafın içərisində 2 ədəd narkotk maddələr olan bükümlər, 1 ədəd şpris, sınmış ampula, 2 ədəd iynə tapılıb. Faktla əlaqədar rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, Mirzə Hüseynovun ölümünə - ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub. 

Keçirilmiş istintaq-axtarış tədbirlədi nəticəsində mayın 5-də şübhəli şəxs qismində, əvvələr 3 dəfə məhkum olunan Elçin Cavadov saxlanılıb. 

İstintaqla müəyyən edilib ki, 2016-cı il martın 21-i axşam saat 23:30-da yüngül dərəcəli sərxoş vəziyyətdə olan Elçin Cavadov 
4-cü mikrorayonda, Mircəlal küçəsindəki 40 saylı binanın sol hissəsində yerləşən avtodayanacağın gözətçi otağının qarşısında tanışı 
Vaqif Quliyevlə rastlaşıb.  Nəlayiq ifadələr istifadə etdiyinə görə Quliyev ona iradını bildirib, "Novruz” bayramı ilə əlaqədar tonqalın ətrafına toplaşan vətəndaşların qarşısında Vaqifin üstünə hücum edən Cavadov zor tətbiq etməklə əlindəki bıçaqla, onun sol ayağına xəsarət yetirib. Bundan əlavə, tanışı Mirzə Hüseynovu öldürmək qərarına gələn Elçin Cavadov mayın 1-i saat 16:30-da soyuq silahla Mircəlal küçəsi, 115 ünvanında yerləşən "Tərlan” şadlıq sarayının qarşısına gəlib. Fərdi qaydada taksi fəaliyyəti ilə məşqul olan "Mercedes” markalı avtomaşının sürücüsü İsa Əhədzadədən mobil telefonun alaraq Mirzəyə zəng edib. Sonuncunun evdə olduğunu dəqiqləşdirdikdən sonra saat 17 radələrində 2-ci Yasamal küçəsi, ev 217-ə gedib. Əmlakını ələ keçirmək, narkotik vasitələri talamaq məqsədi ilə Hüseynovun döş qəfəsinə 3 zərbə vuraraq, onu qəsdən öldürüb.  Daha sonra Cavadov yatağ otağında olan əşyaların ciblərini və şkafın rəflərini axtarıb, lakin narkotik maddə, pul və qiymətli əşyalar tapa bilmədiyindən hadisə yerindən qaçıb.

İş üzrə dindirilmiş Elçin Cavadov qeyd edib ki, Hüseynovu narkotik vasitə və ya başqa əmlak ələ keçirmək məqsədi ilə öldürməyib. Mirzə ona qarşı ana söyüşü istifadə etdiyi üçün əsəbləşib və qisas niyyəti ilə cibindəki bıçaqla onu vurub. Cavadov sözlərinə förə, Mirzə və qardaşı Xeyrulla ilə Vüqarın vasitəsi ilə tanış olub. Dəfələrlə onlardan marixuana və heroin alıblar.Son zamanlar "kakos” adlandırılan narkotik vasitədən istifadə edib, onu bişirib şprisə doldurduqdan sonra damarına vurub. Mirzə bir bükümü ona 20 manata satıb. 

Elçin bildirib ki, hadisədən bir neçə gün əvvəl Mirzə ilə telefonla danışarkən, o mayın 1-də anasının ad günü olacağını söyləyib və ondan yaxşı viski tapıb, gətirməyi xahiş edib. Əvəzində ona narkotik maddə verəcəyini deyib. Hadisə günü özünü piss hiss edib, narkotik qəbul etməyə ehtiyacı olub. "Şamaxinka” deyilən əraziyə gedərkən Ceyhun adlı tanışı ilə rastlaşıb, viski almaq istədiyini bildirib birgə "Neptun" marketə getmələrini xahiş edib. Mağazada səbət götürərək ərzaq məhsulları yığmağa başlayıb, Ceyhun içkilər satılan şöbədən 1 şüşə viski götürüb, onun qabına qoyub. Şirniyyat şöbəsində olarkən Elçin tanışının başının qarışdığını görüb, səbətdəki içkini gödəkçəsinin arasında gizlətib və Ceyhuna həmin viskini xoşuna gəlmədiyinə görə, qaytardığını deyib. Onun oğurluq etməsini marketin satıcıları görməyib.  

Mağazadan çıxdıqdan sonra piyada yaşadığı evin yanına gedib. Əvvəldən tanıdığı taksi sürücüsündən zəng vurmaq üçün telefonunu ona verməsini xahiş edib. Mirzə ilə əlaqə saxlayıb, spirtli içki aldığını söyləyib, sonuncu onu evinə dəvət edib. İsa Əhədzadə maşınla onu Yeni Yasamala gətirib. Hüseynovun evininin həyət qapısı açıq olub, o sol tərəfdə yerləşən tikiliyə daxil olub və Mirzənin qonaq otağındakı divanda uzandığını görüb. 

Onu görən kimi ayağa qalxıb, salamlaşıb. Kresloda əyləşən Cavadov viskini uzadıb, ona narkotik vasitə verməsini xahiş edib. İçkini alan Mirzə, ona axşam gəlməsini bildirib. Lakin Elçin razılaşmayaraq, özünü piss hiss etdiyini və gözləyə bilməyəcəyini deyib. Narkotik maddə verməyəcəyi təqdirdə, viskini qaytarmağı tələb edib.  Bu zəmində apalarında mübahisə yaranıb. Mirzə söyüş söydüyü üçün gödəkçəsinin cibindən bıçağı çıxardaraq, ovcunun içində sıxıb, saxlayıb. Hər ikisi ayağa qalxıb, divanın qarşısında Hüseynovun ürək nahiyəsinə ilk zərbəni endirib, ardınca onun sol qoluna xəsarət yetirib. Mirzə sağ tərəfi üstə yerə yıxılıb. Elçin onun yerdə hərəkətsiz vəziyyətdə qaldığını görüb, yataq otağına keçib. Ev yiyəsinin gödəkçəsinin ciblərini axtarsa da, narkotik maddə və ya pul tapa bilməyib. Jurnal masasının üstündən mərhuma məxsus telefonu və viskini götürüb, evi tərk edib. Mirzəni nə qədər səsləsə də, cavab vermədiyini görüb, onun öldüyünü başa düşüb. Ara küçələrlə tibb texnikumunun yanına çıxıb, ordan avtobusla evinə yollanıb. Mikrorayonda bir qədər gəzdikdən sonra Hüseynovun telefonunu sındırıb, bıçaq və spirtli içki ilə birlikdə zibil qutusuna atıb. Səhərisi gün taksi sürücüsünə, onun telefonundan zəng vurduğu şəxsin öldüyünü deyib, lakin Mirzənin hansı səbəbdən vəfat etməsini izah etməyib. Ayın 5-də onu polis bölməsinə aparıblar. İsa Əhədzadə onu polislərə satdığından, Cavadov qisas almaq məqsədi ilə əvvəlcə onun  barəsində yalan məlumat verib. Bildirib ki, Hüseynovun onun tərəfindən öldürülməsindən  güya taksi sürücüsünün xəbəri olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrum olunub. 

Hökmdən məhkum cəzasının yüngülləşdirilməsi xahişi ilə apellyasiya şikayəti verib. 


























Xəbər 1003 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR