"Yas mərasimini keçirməyə imkanımız yoxdur" - Nuriyyə Əhmədovanın ailəsi kömək istəyir!
Bir neçə gün öncə dünyasını dəyişən xalq artisti Nuriyyə Əhmədovanın ailəsi Gecce.az-a müraciət edib. Müraciəti ailənin yaxın dostu, telejurnalist Əli Novruzəliyev ünvanlayıb. Məlum olub ki, maddi imkansızlıqdan ailə xalq artistinin yas mərasimini layiqincə keçirə bilmir:
"Bu gün Nuriyyə xanımın ilk cümə axşamıdır. Yas mərasimi üçün pul tapmırıq. Əlimizdə olan qəpik-quruşu 3 mərasiminə kimi xərcləyib bitirdik. Nuriyyə xanım sağlığında hamının dərdinə şərik çıxırdı. Amma ona kömək edən olmadı. Ruhu şad olsun deyə, yas məclisini layiqincə vermək istəyirik. İnsanları qınamırıq, çoxunun maddi imkanı məhduddur. Amma olanlar özlərini geri çəkməsin. Nuriyyə xanımın sənətini sevən, onun ruhuna hörmət edən insanlardan kömək gözləyirik. Azərbaycan mədəniyyəti Nuriyyə xanımdan bir daha yetişdirməyəcək".
Xatırladaq ki, Nuriyyə Əhmədova oktyabrın 10-da gecə saatlarında infark diaqnozu ilə 66 yaşında dünyasını dəyişib.
// Aktual.az