Son 6 ay ərzində 335 min miqrant Makedoniya ərazisindən keçərək Qərbi Avropa ölkələrinə üz tutub.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Makedoniya DİN-n məlumatında bildirilir.
“İyunun 19-dan dekabrın 13-dək 336, 84 min əcnəbi vətəndaş qeydiyyata alınıb. Onlardan 188 mini kişi, 54,95 mini qadın, 75,97 mini valideynli və 17, 87 min valideynsiz uşaqlardı”, məlumatda qeyd olunur.
Miqrantların əksəriyyətinin suriyalılar olduğu bildirilir – 193, 58 min. Əfqanıstandan 82 minə, İraqdan isə 40 minə yaxın insan Makedoniya ərazisindən keçib. “Miqrantlardan yalnız 83-ü Makedoniyada sığınacaq almaq üçün müraciət edib”, sənəddə vurğulanır.