Yardımlı rayonunun Telavar kəndinin ərazisində kənd sakini Natavan Babayevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Niyazi Təhməzov tutulub.
Natavan Babayevanın ölümünün təfərrüatları barədə kənd sakinləri Publika.az-a məlumat verib. Sakinlər bildirib ki, N.Babayeva ilə onu öldürməkdə şübhəli bilinən Niyazi Təhməzov qohum deyil.
Natavanın ölümündə onun şübhəli bilinməsi səbəbi axırıncı dəfə evlərinə gələn yad adamın N.Təhməzov olmasıdır: "9 gün əvvəl Natavan itkin düşüb, ailəsi axtarış üçün polisə müraciət edib. Əvvəlcə ailə onun qaçırıldığını düşünüb, sonra polis hadisədə cinayət ehtimalının ola biləcəyini nəzərə alaraq axtarışları genişləndirib, onun meyiti evlərindən kənarda kənd ərazisində tapılıb”.
Sakinlər deyir ki, 23 yaşlı N.Babayeva anası və bacısı ilə birlikdə qalırmış. Atası isə kənddə deyildi: "Niyazi kənddə taksi sürür, axırıncı dəfə də onların evinə un gətirib. Həmin gündən də Natavan itkin düşüb. Natavan itkin düşəndən sonra Niyazinin tez-tez huşu gedirdi. Bütün bunlar şübhələri onun üzərinə yönəldib. Ailə də polisə qızlarını onun qaçırdığından şübhələndiyini deyib. 34 yaşlı Niyazi Təhməzov ailələlidir, 3 övladı var”.
Aktual.az
Xəbər 1884 dəfə oxunub.