Yardımlı sakinlərində heroin aşkarlanıb

Yardımlı sakinlərində heroin aşkarlanıb

Abşeron polisi Xırdalan şəhəri ərazisində əməliyyat keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində keçirilən əməliyyat zamanı heroin satan Yardımlı rayon sakinləri – 30 yaşlı Samir Sultanov və onun həmyaşıdı, bibisi oğlu Müşviq Sultanov, habelə onlarla əlbir olan Masazır qəsəbəsi sakini, taksi sürücüsü 32 yaşlı Elgün Əliyev saxlanılaraq istintaqa cəlb edilib.
Saxlanılan şəxslər tutduqları cinayət əməlini etiraf edərək, narkotik maddə olan heroini adı istintaqa məlum olmayan tanımadıqları şəxsdən əldə etdiklərini bildiriblər.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Xəbər 203 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR