Yararsız məhsullar satan marketlər -SİYAHI

Yararsız məhsullar satan marketlər   -SİYAHI

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı

Bakının Nəsimi rayonunda

- A.Mustafayev küçəsində Elməddin Quliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Xəzər rayonunda

- Qala qəsəbəsində Nəsimi Fərhadova məxsus mağazada;

Xətai rayonunda

- Admiral Naximov küçəsi, 13 ünvanında Əsgər Rzayevə məxsus mağazada;

Sabunçu rayonunda

- Zabrat qəsəbəsi, R.Axundov küçəsi, 23 ünvanında Səlim Hümbətova məxsus mağazada;
- Sabunçu qəsəbəsində Novruz Qafarova məxsus mağazada;

Yasamal rayonunda

- D.Bünyadzadə küçəsi, 55 ünvanında Tural İsayevə məxsus mağazada;

Nərimanov rayonunda

- M.K.Atatürk prospekti, 48 ünvanında “T.A.Q.F.İ” MMC-yə məxsus kafedə;

Qaradağ rayonunda

- Puta qəsəbəsində Aydın Qəniyevə məxsus mağazada;

Abşeron rayonunda

- Saray qəsəbəsində Rasim Səmədova məxsus kafedə;
- Xırdalan şəhəri, H.Əliyev prospektində Elman Hüseynova məxsus kafedə;

Ağstafa rayonunda

- Dağ Kəsəmən kəndində Adil Nəbiyevə məxsus kafedə;

Bərdə rayonunda

- Güloğlular kəndində Rəşid Şadmanova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Sabunçu rayonunda

- Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 33 ünvanında Eldəniz Kərimova məxsus mağazada;

Nəsimi rayonunda

- Moskva prospektində Fəxrəddin Məmmədova məxsus mağazada;

Bərdə rayonunda

- Divanlı kəndində Nurəddin Məhərrəmova məxsus mağazada;

Qusar rayonunda

- Hil kəndində Əminə Vəlixanovaya məxsus mağazada;

Tərtər şəhərində

- H.Əliyev prospektində Rövşən Qaraşova məxsus mağazada;

Ağdam rayonunda

- Quzanlı qəsəbəsi, H.Əliyev prospektində Sahib Qasımova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmış və qanunamüvafiq tədbirlər görülüb.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Aktual.az

Xəbər 674 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR