Yaqub Eyyubov Moskvada mühüm iclasda

Yaqub Eyyubov Moskvada mühüm iclasda

Moskvada iyunun 21-də MDB İqtisadi Şurasının iclası baş tutub, iclasda Birlik ölkələri arasında iqtisadi əməkdaşlığın geniş spektrli məsələləri nəzərdən keçirilib.
Aktual.az xəbər verir ki, nümayəndə heyətlərinin rəhbərləri MDB məkanında iqtisadi qarşılıqlı fəaliyyətin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
İclas iştirakçıları MDB-yə üzv dövlətlərin iqtisadiyyatlarının 2023-cü il üçün inkişafı üzrə əsas məqsədli makroiqtisadi göstəricilər haqqında məlumatları dinləyiblər.
İqtisadi Şuranın növbəti iclasının 2024-cü il sentyabrın 20-də Moskvada keçirilməsi planlaşdırılır.
Xəbər 478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR