Yaponiyanın şimal şəhəri Akitada polis və təcili yardım xidmətləri yerli supermarketlərdən birinə girən ayını üç gündən sonra tuta biliblər.
Aktual.az-ın verdiyi məlumata görə, ayını supermarketin ərazisində qurulmuş sensor tələlər şəbəkəsi sayəsində tutmaq mümkün olub.
Ayı noyabrın 30-da yerli supermarketlərdən birinə girib və içəridə olan işçiyə hücum edib. Xəsarət alan kişi qaça bilib, onun həyatı üçün təhlükə yoxdur.
Yaponiyada, xüsusilə meşəlik və dağlıq ərazilərin yaxınlığındakı şəhərlərdə ayılar tez-tez yaşayış məntəqələrində görünür və bəzən insanlara hücum edirlər. Son bir ay ərzində Akitada ayılar yaşayış məntəqələrində bir neçə dəfə görünüb, yerli hakimiyyət orqanları sakinləri daim sayıq olmağa çağırır.(oxu.az)
Xəbər 40 dəfə oxunub.