Yaponiyada 5,6 bal gücündə zəlzələ baş verib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, zəlzələnin episentri İvodzima adasından 329 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 30 km dərinlikdə qeydə alınıb.
Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib. Sunami xəbərdarlığı elan olunmayıb.