Yaponiyada son iki həftə ərzində ən azı 7500 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib, onlardan 14-ü ölüb.
Aktual.az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi və təcili yardım funksiyalarını həyata keçirən Baş Yanğın İdarəsi məlumat yayıb.
Məlumata görə, aprelin sonlarından indiyədək xəstəxanalara ümumilikdə 15 min nəfər yerləşdirilib.
Yaponiyada isti hava şəraiti iyunun sonlarından hökm sürür. Bəzi günlərdə ölkənin mərkəzi rayonlarında havanın temperaturu 37 dərəcədən yüksək olur.
Eyni zamanda ölkənin cənub-qərb prefekturalarında leysan yağışlar torpaq sürüşməsinə və daşqınlara səbəb olur.
Xatırladaq ki, ötən il anomal istilərdən ölkədə 100 nəfərdən çox adam dünyasını dəyişib, 53 min nəfər isə xəstəxanalara yerləşdirilib.