Yaponiyanın şimal sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.
Aktual.az Report-a istinadən verdiyi xəbərə görə, yerli vaxtla 12.25-də qeydə alınan yeraltı təkanların episentri Xokkaydo adasının cənub sahilərində, 50 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib.