Yaponiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Nitinan şəhərindən 173 km şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.