Yaponiya İrana qarşı sanksiyaları ləğv etdi

Yaponiya İrana qarşı sanksiyaları ləğv etdi
  • DÜNYA

Yaponiya İrana qarşı sanksiyaların ləğv olunmasına dair qərar verib.


Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Yaponiya XİN rəhbəri Fumio Kisida keçirdiyi mətbuat konfransında bəyan edib.

Sanksiyalar götürüldükdən sonra Yaponiya və İran sərmayələr haqqında sazişi imzalaya biləcəklər. Müvafiq razılaşma Fumio Kisidanın 2015-ci ilin oktyabrında Tehrana səfəri zamanı əldə olunub. Sazişin imzalanması Yaponiya şirkətlərinin İran bazarına çıxışını, bu ölkənin neft-qaz sahəsinə sərmayə yatırılmasının sürətləndirilməsini təmin edəcək. Hər iki ölkənin bankları filiallar açaraq, valyuta mübadiləsinə dair müqavilələr bağlamaq imkanı əldə edəcəklər.

Bundan başqa, Yaponiya Yaxın Şərqdə ən zəngin yataqlardan biri hesab edilən Azadegan neft yatağının (26 mlrd barrel neft ehtiyatlarının olduğu ehtimal edilir – red.) işlənməsində mövqeyini bərpa etməyə çalışacaq. Yaponiya 2010-cu ildə İrana qarşı sanksiyalar tətbiq edildikdən sonra bu layihəni tərk edib.

Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR