Aktual.az xəbər verir ki, bunu SalamNews-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
Deputat qeyd edib ki, 1992-ci il noyabr ayının 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması demək olar ki, Azərbaycanın inkişafı üçün çox önəmli addım olub: "Heydər Əliyevin siyasi nüfuzu, xalq arasındakı böyük hörməti o vaxt hakimiyyətdə olanları çox narahat edirdi. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranıb. Ancaq Yeni Azərbaycan Partiyası heç vaxt Azərbaycan dövlətinə müxalifətdə olmayıb. Yeni Azərbaycan Partiyası xalqın partiyası kimi yaranıb, xalqın partiyası kimi fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai- siyasi həyatında fəal iştirak etməklə ölkə iqtisadiyyatının inkişafında xüsusi xidmətləri vardır. Bu gün Azərbaycanın inkişafı hər birimizin gözü qarşı sındadır. Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai - siyasi həyatında rolu, partiyanın yerli təşkilatlarının da fəallığı getdikcə artmaqdadır. Təkcə 2016-cı ildə referendumda Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı fəal iştirakının və gücünün bir daha şahidi olduq. Yeni Azərbaycan Partiyasının bütün bölgələrdəki fəaliyyəti təqdirəlayiqdir. Bizim siyasətimiz Heydər Əliyev siyasətidir, Heydər Əliyevin qoyduğu yoldur. Bu yolda Yeni Azərbaycan Partiyasının bütün üzvlərinə yeni-yeni qələbələr, yeni-yeni uğurlar arzulayıram!".
Aktual.az
Xəbər 758 dəfə oxunub.