YAP seçkilərə bu şüarla gedir

YAP seçkilərə bu şüarla gedir

“Bütün üsul və vasitələrindən istifadə edəcəyik”.

Hakim Yeni Azərbaycan Partiyası parlament seçkilərinə “Yeni Hədəflərə Doğru” şüarı ilə gedəcək.

Bu barədə AzVision.az-a YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bununla bağlı artıq partiyanın proqramı hazırlanıb:

“Artıq Yeni Azərbaycan Partiyasının seçki proqramı bukletlər şəklində çap olunub və təbliğat-təşviqat kampaniyası müddətində seçicilərə çatdırılacaq”.

S. Novruzov həmçinin bildirib ki, YAP deputatlığa namizədlərin vahid plakatlarını hazırlayıb:

“Yeni Azərbaycan Partiyasının deputatlığa namizədləri üçün vahid plakatlar hazırlanıb. Namizədlər üçün hazırlanan plakatlar sadəcə üzərlərinə vurulan dairələrin nömrələri ilə fərqlənir. Biz təbliğat-təşviqat kampaniyası dövründə qanunvericiliyin verdiyi bütün üsul və vasitələrindən istifadə edəcəyik”.

Xəbər 536 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR