YAP pulsuz efirdən imtina etdi - Rəsmi müraciət

YAP pulsuz efirdən imtina etdi   - Rəsmi müraciət

Hakim Yeni Azərbaycan Partiyası (YAP) noyabrın 1-də keçiriləcək parlament seçkilərinin təşviqat mərhələsində pulsuz efir vaxtından istifadə etməyəcək.

Bunu "Report"a açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O bildirib ki, partiya pulsuz təşviqatdan imtina haqda qərar qəbul edib. S.Novruzovun sözlərinə görə, artıq bununla bağlı müraciəti Mərkəzi Seçki Komissiyasına göndəriblər.

O xatırladıb ki, bu il keçiriləcək parlament seçkilərində YAP-ın 60-dan artıq seçki dairəsində namizədi qeydə alınıb: "Amma digər partiyalar, seçki bloku 60-dan artıq seçki dairəsində namizəd qeydiyyatdan keçirə bilməyiblər. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi 60-dan çox dairədə namizədimiz qeydə alındığına görə YAP-a pulsuz efir vaxtı ayrılır, dövri mətbuatda təşviqatın aparılmasına şərait yaradılır. Amma YAP bundan istifadə etməyəcək. Çünki başqa partiyalar və parlament seçkisinə qatılan blok 60-dan artıq dairədən namiəz qeydiyyata aldıra bilmədiklərinə görə pulsuz efir vaxtı hüququ qazana bilməyiblər. Belə olanda da alternativlik olmur. Ona görə də dövlətin ayırdığı ödənişsiz efir vaxtından imtina etmişik".

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövri mətbuatda pulsuz təbliğat-təşviqat aparmaq üçün şərait yaradılır.

Xəbər 582 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR