Yeni Azərbaycan Partiyası Milli Məclisin sədrliyinə partiyanın Siyasi Şurasının üzvü Oqtay Əsədovun namizədliyini irəli sürəcək.
Aktual.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib. H.Paşayevin sözlərinə görə, partiya O.Əsədovun ötən çağırışda fəaliyyətindən tam razıdır və onun vəzifəsini qanunauyğun şəkildə yerinə yetirdiyi qənaətindədir:
“Oqtay Əsədov həm daxili nizam-intizamın qorunması, həm beynəlxalq əlaqələrin güclənməsi, həm də Azərbaycanın xarici siyasətdə qazandığı uğurlarda üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirib”.
Xatırladaq ki, bu gün V çağırış Milli Məclisin ilk sessiyası keçirilir.
İlk sessiyada Milli Məclisin sədri və sədrin müavinləri seçiləcək. Sessiyada parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi də nəzərdə tutulub.