YAP-çı qadınları təbrik etdilər Gəncədə

YAP-çı qadınları təbrik etdilər      Gəncədə

YAP Gəncə şəhər Təşkilatında 8 Mart-Qadınlar günü qeyd edilib

     

YAP Gəncə şəhər Təşkilatının Qərargahında geniş toplantı keçirilib. Toplantıda AMEA-nın  Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif  Həmzəyev,  partiyanın Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, partiya fəalları, partiya veteranı olan qadınlar, partiya sıralarına yeni qəbul edilən  gənc xanımlar iştirak ediblər.

       

Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif  Həmzəyev açaraq, Azərbaycanın,həmçinin şəhərimizin içtimai-siyasi həyatında qadınların fəal rolundan,ulu öndər Heydər Əliyevin  həyatımızın bütün sahələrində qadınların iştirakına geniş imkanlar yaratmasından, bu ənənələri uğurla davam etdirən cənab İlham Əliyevin qadınlara xüsusi diqqət və qayğısından,Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım  Əliyevanın Azərbaycan qadınlarının layiqlı təmsilçisi olaraq,  dünya miqyasında böyük nüfuz qazanmasından, bu gün  intibahının yeni mərhələsinin yaşayan Gəncədə  də qadınların inkişaf və tərəqqinin önündə olmalarından  danışıb.

      

 Partiyanın bütün fəal qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə  Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyi adından təbrik edən  şəhər partiya Təşkilatının sədri Naqif  Həmzəyev  qadınlara  Vətənimizin tərəqqisi,xalqımızın rifahı naminə səmərəli fəaliyyətlərində uğurlar, xoşbəxtlik və möhkəm can sağlığı arzulayıb.

       

Akademik Fuad Əliyev və Pərvin Kərimzadə çıxışlarında  tarixi keçmişimizin ağır sınaqlarından alnıaçıq çıxmışAzərbaycan qadınının bu gün dövlət müstəqilliyini  bərpa etmiş ölkəmizdə gedən siyasi, ictimai,  iqtisadi,mədəni proseslərdə böyük əzmkarlıq və təşəbbüskarlıq göstərdiklərini, xalqa,cəmiyyətə layiqli övladlar yetişdirmək kimi müqəddəs vəzifənin öhdəsindən şərəflə gəldiklərini, çox məsul vəzifələrdə çalışaraq, dövlətçiliyimizə sədaqətlə   xidmət etdiklərini vurğulayıblar

       

Tədbirdə  partiya veteranları  olan qadınlara  YAP Gəncə şəhər Təşkilatının   Fəxri fərmanları, partiya sıralarına yeni qəbul edilən xanımlara üzvlük vəsiqələri və gül-çiçəklər  təqdim edilib.

     

Sonda nümayiş etdirilən bədii filmi tədbir iştirakçıları tərəfindən  böyük maraqla qarşılanıb.



Xəbər 685 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR