Yanvarın ortalarında Kür çayında batan, Laçın rayon Fingə kənd sakini, 1974-cü il təvəllüdlü Kərimov Qiyas İdris oğlunun meyidi bu gün tapılıb.
Aktual.az EL TV-yə istinadən xəbər verir ki, yaxınlarının bildirdiyinə görə, meyit batdığı yerdən bir neçə km aralıda su üzünə çıxıb. Hadisə Ağcabədinin Taxtakörpü ərazisində, Kür çayının sahilində laçınlı məcburi köçkünlərin kompakt məskunlaşdıqları ərazidə baş vermişdi.