Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağının 10-cu dərin dəniz özülü yaxınlığında baş vermiş qəza nəticəsində ambulator müalicəyə buraxılan neftçilərdən 3-ü yenidən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, Vidadi Sarıyev, Tarverdiyev Kamran, Ədalət Dadaşov səhhətlərində yaranmış problemlərlə bağlı yenidən xəstəxanaya müraciət ediblər. Həmin şəxslər palataya yerləşdiriliblər.
Qəzada xəsarət almış daha bir nəfərin də təkrar müalicə üçün xəstəxanaya müraciət etdiyi bildirilir. Bununla da hazırda xəstəxanada müalicə olunan neftçilərin sayı 13 nəfərə çatıb.