Yanğına səbəb olan üzlüklər hansı xəstəliklər yaradır? Ekspertin açıqlaması

Yanğına səbəb olan üzlüklər hansı xəstəliklər yaradır?   Ekspertin açıqlaması

"Binalara vurulan fasadlar təkcə yanan zaman təhlükəli olmur. Günəş təsirindən qızdıqda özündən ərafa zəhərli maddələr buraxır". 

Aktual.az xəbər verir ki, bu fikirləri Ölkə.az- açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, bu materialı ölkəyə gətirən insanlar genofondumuzu ciddi təhlükə qarşısında qoyduqlarını dərk eməlidirlər: "Binaların bu cür materiallarla üzlənməsi dügün deyil. Onun tərkibində ekoloji cəhətdən təhlükəli və insanların sağlamlığına ziyan vuran maddələr var. Bunu ölkəyə gətirənlər bilməlidirlər ki, genofondumuzu təhlükə qarşısında qoyurlar:

"Urbanizasiyanın çox getdiyi yerlərdə xərçəng riskini 1 kubmetr havada konsilogen maddələrin olması, politik, aromatik karbohidratların miqdarı ilə müəyyən edirlər. Binalara vurulan üzlüklərin tərkibində isə bu maddələr həddən artıq çoxdur. Sübut olunub ki, 1 kubmetr havada 1 nanoqram benzokratilin maddəsi varsa, bu xərçəng təhlükəsi yaradır. Üzlükdə istifadə olunan material təkcə yananda yox, eyni zamanda günəş təsirindən qızdıqda ətrafa zəhərli maddələr buraxır ki, bu da ağciyər xərcənginin yaranmasında səbəb olur".

Aktual.az

Xəbər 1037 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR