"Yanğın yerində 30 təcili yardım briqadası işləyir" Səhiyyə Nazirliyi


Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğında zərər çəkənlərə kömək etmək üçün 30 təcili yardım briqadası səfərbər olunub. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib. 

Onun sözlərinə görə, hazırda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev də hadisə yerindədir: Bütün böyük xəstəxanalar – Kliniki Tibbi Mərkəz, Yanıq Mərkəzi, Travmatologiya İnstitutu xəsarət alanları qəbul etmək üçün hazır vəziyyətə gətirilib. Yaralılar barədə hələlik məlumat yoxdur”.

Aktual.az

Xəbər 1189 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR