“Məlumata görə, yanan platformada qalan insanların sayı daha çoxdur ”.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyib. Onun sözlərinə görə, hadisə yerində qalan adamların sayı 84-ə yaxındır: “Belə bir yanğının baş verməsini gözləməyiblər. Məlumat verirlər ki, guya orada qalanların sayı 42, yaxud da 63-dür. Amma həmin yerdə qazma işləri aparılırdı. Bunun üçün ora əlavə briqadalar getmişdi. Məlumata görə orada 84 nəfər olub”.
M.Qəhrəmanlının sözlərinə görə, hadisə yerində olan insanları təxliyyə etmək üçün rezin qayıqlara yığıblar: “Qayıq iki tərəfdən sallanaraq bağlanılır. Bu isə külək vurduqca yellənir. 36 nəfərin olduğu qayıq dözməyib partlayıb. Nəticədə, adamlar suya tökülüb. Onlardan yalnız 4-ünü xilas edə biliblər. Xilas olanlardan biri gəmidə rəhmətə gedib, 32-si isə itkin düşüb. İkinci qayıqda 46 nəfər var. Həmin qayıq isə sallaq vəziyyətdə qalıb”.
M.Qəhrəmanlı baş verən hadisənin həmin idarə rəhbərlərinin məsuliyyətsizliyi ucbatından baş verdiyini bildirib