Cəlilabadda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxs saxlanılıb.
Aktual.az report-a istinadən xəbər verir ki, bu, rayonun Alar kənd sakini Hüseynov Əliməmməd Yəhya oğludur.
Xatırladaq ki, ötən həftə Alar kəndi ərazisində "Al-petrol" yanacaqdoldurma məntəqəsinə daxil olan maskalı şəxs orada işləyən şəxsləri bıçaqla hədələyib və seyfi açmağı tələb edib. İstəyinə nail ola bilməyən şəxs qaçaraq hadisə yerini tərk edib.
Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirilir.
Aktual.az
Xəbər 232 dəfə oxunub.