"Yalnız öz tulalarınıza deyə bilərsiz ki..." - Tolik od püskürdü


Prodüser Tolik şou-biznesdəki qalmaqallardan gileylənib.

Aktual.az axşam.az-a istinadən bildirir ki, türkiyəli ifaçılar İbrahim Tatlısəs, Türkan Şoray, Barış Manço və başqalarının birlikdə fotosunu paylaşan prodüser bizdə mehribançılığın olmadığını vurğulayıb:

"Sənət birlik deməkdir. Amma bizdə o yoxdur. Görün indiki və ya 40 il bundan əvvəlki müğənnilərin belə fotosu var? Yoxdur. Çünki kiminsə başqasının ərində gözü olub, sevgilisini əlindən alıb. Kimsə onun-bunun torbasını tikməyə çalışıb. O vaxtlar bir kanalımız var idi - AzTV. Buradan müğənniləri az uzaqlaşdırıblar? İndi bəzi müğənnilər nəsə etmək istəyir, amma alınmır. Çünki sizin də qatarınız gedib. İndi sizin də sözünüzün kəsəri yoxdur, yalnız ətrafınızdakı tulalara sözünüz keçir. İlhamə Quliyevanın ölümündə bir şeyi anladım ki, vaxtında bunları yandırmaq lazımdır. Çünki, onsuz da, qabağında əlini öpən insan sən öləndən sonra pisləyəcək. Yaxşılığı başa düşən adama edəsən gərək. Başa düşməyənə isə pislik etmək lazımdır".

// Aktual.az

Xəbər 4793 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR