Yağlı qidaların daha bir zərəri ortaya çıxıb.
Aktual.az publika.az-a istinadən xəbər verir ki, yeni aparılan araşdırmalar yağlı yeməklərin beyin hüceyrələrini öldürdüyünü üzə çıxarıb. Siçanlar üzərində aparılan uzunmüddətli təcrübələr də bu faktı təsdiq edib. Alimlər bildirib ki, yağlı xörəklərə üstünlük verənlərin beyni daha tez yaşlanır, onlarda bir çox xəstəliklər müşahidə edilir.
Beyin hüceyrələrinin ölməsi ilk növbədə bir sıra əlamətlərlə özünü büruzə verir. Belə insanların diqqəti pozulur, onlar adları xatırlamaqda çətinlik çəkir, özünü daim yuxulu hiss edirlər.
Yaxşı xəbər isə odur ki, sağlam həyat tərzinə keçib, yağlı qidalardan uzaq durduqda beyin sürətlə özünü bərpa edir. Siz də yaddaşsızlıqdan, diqqətinizin yayınmasından şikayətçisinizsə, dərhal qidalanma tərzinizi dəyişdirin.