Yalan danışan insanı tanımağın yolları

Yalan danışan insanı tanımağın yolları

Yalan danışan insanlarla hər yerdə qarşılaşmaq olar. Bəs yalan danışan insanları necə müəyyən etmək olar?

Aktual.az  atv.az-a istinadən bildirir ki, Avropanın aparıcı psixoloqları yalanı üzə çıxarmağın bir neçə üsulunu müəyyən ediblər. 
 
Psixoloqların fikrincə, sualdan qaçan insanın dodaqlarını çeynəməsi, danışarkən əllərini sinəyə söykəməsi, üz və burun nahiyəsinə sürtməsi kimi davranışları yalana dəlalət edir.
 
Qənaətə görə, sözü söyləyərkən barmaqlarını sıxan, ayaqlarını tez-tez oynadan, sualı təkrarladan, söhbət zamanı "amma" bağlayıcısını mütəmadi işlədən, gözlərin içinə baxaraq danışan insanlarla diqqətli olmaq məsləhət görülür.
 
Elm adamlarının araşdırmasında ən maraqlı üsul isə ondan ibarətdir ki, yalan danışan insanın burnunda isinmə əmələ gəlir. Bu səbəbdən yaxın adamın yalanını burnunu yoxlamaqla müəyyənləşdirmək olar. 

Xəbər 894 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR