Yağışlı hava davam edəcək

Yağışlı hava davam edəcək

Azərbaycan ərazisində yağışlı hava şəraiti sabah da davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan  verilən məlumata görə, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 15-18, Bakıda isə gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv yağış olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq.

Oktyabrın 10-da Abşeron yarımadasında gündüz xəzri küləyinin güclənməsi bəzi meteohəsas insanlarda narahatlıq yaratsa da, oktyabrın 11-12-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

Xəbər 603 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR