Amerika ufoloqları Marsda teleskop vasitəsilə naməlum uçan gəmi qalıqları aşkarlayıblar.
Mütəxəssislər əldə edilən fotoşəkillərə əsasən obyektin yadplanetlilərə aid olduğu qənaətindədirlər. Onların fikrincə, qalıqlar qeyri-təbii mənşəlidir. Alimlər bu tapıntının kosmik idrakın varlığını təsdiqlədiyini bildiriblər.
NASA mütəxəssisləri isə naməlum obyektin yadplanetli sivilizasiyanın mövcudluğunu sübut etmədiyini düşünürlər. Onlar tapıntının planetin landşaft xüsusiyyəti olduğunu hesab edirlər. //Azərtac