Peruda qəribə barmaqları olan əl skeleti tapılıb
AzNews.az "NationNews”a istinadən xəbər verir ki, arxeoloqlar üç uzun barmağı olan qəribə əli Perudakı mağaralardan birində tapıblar.
Laborator analiz zamanı alimlər rentgen aparatın köməkliyilə tapılan skletin insan əlindən çox fərqləndiyini aşkarlayıblar. Onun ovcunda bir neçə sınıq görülüb. Falanqalardan birində isə qəribə metal tapılıb. Bütün bunlar alimlərin çaşqınlığına səbəb olub.
Ekspertlər gələcəkdə tapıntının DNT analizini aparmaq istəyirlər. Əgər əl daha əvvəl tapılan və yad planetliyə aid olduğu hesab olunan kəllə ilə eyni DNT-yə malik olsa, alimlər yad planetlilərin mövcudluğunu sübut etmiş olacaqlar.
Aktual.az
Xəbər 1353 dəfə oxunub.