"Prostat vəzin adenoması prostat vəzinin xoşxassəli şişi olub, vaxtında müalicə olunmadıqda böyrəklərin sıradan çıxarılmasına qədər gətirib çıxara biləcək təhlükəli xəstəlikdir".
Bu sözləri Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa uzman-uroloqu Araz Bayramov söyləyib.
Onun sözlərinə görə, 40 yaşdan yuxarı kişilər heç olmasa ildə bir dəfə müayinədən keçməlidirlər:
"Bəzi hallarda xəstələr bunu adi hal sayıb, müayinə və müalicə olunmağa ehtiyac duymurlar. Lakin unudurlar ki, prostat adenoması (prostat vəzinin xoşxassəli şişi) olduqca təhlükəli xəstəlikdir".
Prostat adenomasının müalicə üsullarından danışan Araz Bayramov bildirib ki, cəmi yarım saata bu ağır xəstəlikdən tamamilə azad olmaq mümkündür:
"Müasir urologiyada prostat adenoması çox asanlıqla aradan qaldırılır. Heç bir kəsik, narkoz olmadan biz xəstələri Avropa protokollarına uyğun olaraq cəmi yarım saata bu problemdən azad edirik. Bununla xəstələr həm bu ağır xəstəlikdən, həm də onun gözlənilən ağırlaşmalarından xilas olurlar".
Xatırladaq ki, Dr. Araz Bayramov Almaniyanın Kompyuterləşdirilmiş Ultrasəs Diaqnostika Mərkəzi ilə birgə prostat adenoması və xərçənginin erkən ortaya çıxarılması və düzgün diaqnostikası üçün transrektal ultrasəs müayinələrinin tətbiqinə başlayıb.
Qeyd edək ki, Dr. Araz Bayramov Fransada təhsil alıb. Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib. Həmin xəstəxanada Avropada ilk olaraq tətbiq edilən böyrək köçürülməsi əməliyyatlarında iştirak edib. Azərbaycanda ilk dəfə Laparoskopik Uroloji və Cənubi Qafqazda ilk dəfə Laparoskopik Partial Nefrektomiya Unikal əməliyyatlarını həyata keçirib. Hazırda Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri və Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvüdür.
Dr. Araz Bayramovla görüş götürmək üçün:
(055) 255-55-45