Dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin axtarışları bu gün də davam etdirilir.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, xüsusi qərargahdan verilən məlumata görə, axtarışlarda Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin şəxsi və texniki heyəti iştirak edir. Axtarışlar gəmilər, helikopterlər, 1 təyyarə vasitəsilə aparılır.
Qərargahdan onu da qeyd ediblər ki, itkin düşmüş neftçilərin axtarış miqyası ötən günlərdə olduğu kimi Xəzər ətrafı qonşu ölkələrin sərhəd sularında da aparılır.
Xatırladaq ki, platformada neft quyularında yanğının qarşısı alınıb. Hazırda yanan qaz quyularının söndürülməsi istiqamətində də işlər davam etdirilir.