Elgiz Əkbərin tanınmış aparıcı Xoşqədəm Hidayətqızı ilə eyni proqramda iştirakdan imtina etməsi insanlar arasında birmənalı qarşılanmayıb. Çoxları buna görə Xoşqədəm Hidayətqızını qınayıb.
X.Hidayətqızı bu məsələdə özünü günahkar saymır. Xanım aparıcı bununla bağlı özünün “İnstagram” səhifəsində belə bir şərh yazıb: “Kim nə deyir özü bilər. Mən 6 il əvvəl başladığım işi davam etdirirəm. Bu arada Elgizin yeni layihəsi və vaxtı indikindən də əladır. Hər halda o özü buna qərar veribsə, deməli, belədir. Elgiz də, mən də özümüz özümüzü harasa təyin etmirik. Hər ikimiz kanalın maraqlarına önəm veririk”.(publika.az)
Aktual.az