Xoşqədəm canlı efirdə Doğuşla qucaqlaşıb ağlaşdı – VİDEO

Xoşqədəm canlı efirdə Doğuşla qucaqlaşıb ağlaşdı – VİDEO

"Xəzər” TV-də yayımlanan "Səni axtarıram” verilişində Xoşqədəm Hidayətqızı həyat yoldaşı ilə ağlayaraq qucaqlaşıblar.

"A24.az”ın məlumatına görə, aprelin 30-u efirə gedən verilişdə bacısını axtaran Nataliyə dəstək olmaq üçün efirə çağırılan Doğuş keçmişdə yaşadıqları ilə bağlı danışarkən ağlayıb.

"43 yaşım olsa da hələ də yaşadıqlarımı unuda bilmirəm. Yaxınlarım, bütün qohum-əqrəbalarım mənə bir qab yemək verməyi çox gördü. Bunu hamısı qəbul etməlidir. Təəssüflər olsun ki, qohumlarımın hamısı üçün bu qara bir ləkədir. Bunların hamısı yaşandı, bu bir həqiqətdir”.

Gözləri dolan Doğuşun danışdıqlarına aparıcı Xoşqədəm Hidayətqızı da biganə qalmayıb və ağlayaraq həyat yoldaşını canlı efirdə qucaqlayıb, ona ailəsi, balaları ilə birlikdə dəstək olduğunu bildirib.

Verilişdən olan videogörüntüləri təqdim edirik:

Xəbər 10625 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR