Xoşbəxtlik gətirən hormon

Xoşbəxtlik gətirən hormon

Aktual.az qadinklubu.com-a istinadən xəbər verir ki, qış aylarında azalan seretonin xoşbəxtlik və sevinc mənbəyimizdir. Günəş şüaları azaldıqda o da azalmağa başlayır. Buna görə də qışda depresiyadan çıxacaq bəzi qidalarla qidalanmalısınız.

Qadinklubu.com xoşbəxt hiss etmənizə səbəb olan seretonin hormonu barədə məlumatı təqdim edir.

Serotonin günəş işığında yüksək miqdarda artır. Bu hormon səviyyəsindəki artım iştahımızı azaldır. Nəticədə, insanların yaz aylarındakı iştahı qış aylarındakına nisbətən daha az olur. Qış mövsümündə isə soyuq, günəşsiz havalar bu hormonun səviyyəsini azaldır. İştahı azaltmasına baxmayaraq serotonin hormonu xoşbəxtlik və sevinc hislərini artırır. Buna görə də insanlar qış aylarında depressiyaya daha çox meyilli olurlar.

Serotonin azalması depressiyya, şizofren, sosial fobiya,miqren və digər pixoloji narahatlıqlara səbəb olur.

Serotonin qidaların tərkibində olmur. Ancaq bədəndə yaranan maddə olan serotonin miqdarının artırılması üçün isə maqnezium, sink, triptofan və omeqa 3 tərkibli qidaları qəbul etmək çox vacibdir.  Banan, hinduşka əti, kako, ərin, ananas, qoz, fındıq, pomidor, portağal, yumurta, badam, mandarin, susamın tərkibində yüksək miqdarda triptofan olur.

Aktual.az

Xəbər 856 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR