“SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğında təxribat görmürəm”.
“APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
“Kəmər güclü küləyin təzyiqi altında partlayıb. Təxribatın olmasına şəxsən mən inanmıram”, - deyə o bildirib.
X. Yusifzadə bildirib ki, ölkə başçısının tapşırığına əsasən yaradılan müvafiq komissiyaya Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri də daxildir və bu versiya araşdırılacaq.