"Xoşbəxt qadınam, çünki həyat yoldaşım..."


Aktrisa-rəssam, əməkdar artist Suğra Bağırzadə rəssamlığa əvvəllər hobbi kimi baxdığını qeyd edib. Hazırda əsərləri bütün dünyanı gəzən məşhur bütün bunlara dözümlü və səbirli olmağı sayəsində çatdığını bildirib. O bu haqda Milli.Az-a danışıb:

"Mən rəssamlığa əvvəllər hobbi kimi baxırdım, çünki hələ uşaq olarkən gülləri çox sevirdim. Əsərlərimi ilk dəfə kino işi ilə məşğul olan dostlarıma göstərirdim, görürdüm ki, onların xoşuna gəlir. Sonralar isə artıq sərgilərimi keçirməyə başladım. Ümumdünya Floristlər Şurasının üzvləri əsərlərimi internet portallarında görüb, məni Riqada keçirilən sammitə dəvət etdilər. Burada onlar mənim fərdi sərgimi keçirdilər. Əsərlərimlə yaxından tanış olduqdan sonra onlar mənə Floristika İndustriyasında yeni professional səmt yaratdığıma görə sertifikat təqdim etdilər. Bu işlərin dünyada analoqu yoxdur. Mən bu gün həm xoşbəxt sənətkar, həm də ailə başçısıyam. Çünki həyat yoldaşım, qızlarım, nəvələrim, sənətim, dostlarım, məni əhatə edən insanlar var".

Qeyd edək ki, aktrisa hal-hazırda Xəzər TV-də yayımlanan "Həyat, sən nə qəribəsən" serialında çəkilir.

Xəbər 894 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR