Xalq artisti Firəngiz Mütəllimova qadının xoşbəxt olması üçün ailə qurmağın vacib amil olmadığını deyib.
Aktual.az publika.az-a istinadən xəbər verir ki, aktrisa verdiyi açıqlamada xoşbəxtliyi ruhunun azad olmasında gördüyünü etiraf edib: "Sözsüz ki, dərin hisslər və qarşılıqlı hörmət üzərində qurulan gözəl və sağlam ailəsi olanlara can sağlığı və uzun ömür arzu edirəm. Lakin evliliyin xoşbəxtliyin birinci şərti olmadığını düşünürəm. İnsan özü daxilən azad və xoşbəxt olmağı bacarmalıdır. Hər bir şey vaxtında, zamanında olmalıdır, əgər Allah mənim taleyimə tək olmaq yazıbsa, deməli, belə olmalıdır. Buna baxmayaraq, özümü güclü insan hesab edirəm. Ruhumun azad olması mənim üçün ən böyük xoşbəxtlikdir. Bu, mənə bəs edir".
Xalq artisti haqsızlığa qarşı dözümü olmadığını da bildirib. Firəngiz Mütəllimova belə hallarda üsyankar olduğunu vurğulayıb: "Haqsızlıqla qarşılaşanda sonuna qədər mübarizə aparıram və qalib gəlirəm".