Xorvatiya prezidentinin Azərbaycana səfər tarixi açıqlanıb

Xorvatiya prezidentinin Azərbaycana səfər tarixi açıqlanıb

"Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç oktyabrın 24-də Azərbaycana rəsmi səfərə gələcək".

Aktual.az  bildirir ki, bunu Trend-ə diplomatik mənbə deyib.

Səfər zamanı Xorvatiya prezidenti ölkə rəhbərliyi ilə ikitərəfli görüşlər keçirəcək, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə edəcək.

Səfər zamanı dövlət başçısını böyük nümayəndə heyəti müşayiət edəcək. Səfər çərçivəsində Bakıda iki ölkənin işgüzar dairələrinin iştirakı ilə biznes-forum təşkil olunacaq.

Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR