Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, 1971-ci il təvəllüdlü Seyfəddinov Əlifağa sərxoş vəziyyətdə olan dostu tərəfindən bıçaqlanıb.
Yaralı Respublika Kliniki Xəstəxanasına yerləşdirilib. Hazırda S.Əlifağanın vəziyyəti qənaətbəxşdir.