Xocalının bu kəndlərinə 67 nəfər köçürüldü

Xocalının bu kəndlərinə 67 nəfər köçürüldü

Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinə 13 ailə olmaqla 67 nəfər köçürülüb.
Bu barədə Aktual.az-a Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Təzəbinə kəndinə 51 nəfərdən ibarət 9 ailə, Seyidbəyli kəndinə isə 16 nəfərdən ibarət 4 ailə qayıdıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev Xocalı şəhərində ailələrə yeni evlərin açarlarını təqdim edib.
Xəbər 274 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR