Bakı Dövlət Universitetinin müəllimi vəfat edib.
Aktual.az lent.az-a istinadən xəbər verir ki, BDU-nun İnformatika kafedrasının müəllimi, Tətbiqi-riyaziyyat ETİ-nin şöbə müdürü Aslan Paşa oğlu Quliyev fevralın 25-də ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq o, dünən vəfat edib.
Yaxınları bildiriblər ki, A.Quliyev telekanallardan birində Xocalı soyqırımı ilə bağlı kadrlara baxarkən sarsıntı keçirib və halı pisləşib. Evə çağırılan təcili tibbi yardım briqadası onu xəstəxanaya aparıb.
Allah rəhmət eləsin!
Aktual.az
Xəbər 490 dəfə oxunub.