Xocalı soyrıqımı günü yollar bağlanacaq

Xocalı soyrıqımı günü yollar bağlanacaq

Fevralın 26-da paytaxtın Xətai rayonunda yerləşən "Ana harayı" abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Xocalı prospekti istiqamətində Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Süleyman Vəzirov, Mehdi Mehdizadə küçələrinin kəsişmələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaqdır.

Bu barədə Bakı Şəhər BPİ Dövlət Yol Polis İdarəsi İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, səhər saat 08:00-dan tədbir tam başa çatana qədər - İzzət xanım Orucova, Ayaz İsmayılov, Heydərəli Tağızadə, Rövşən Əliyev, Fəzail Bayramov və Sergey Senyuşkin küçələrindən  Xocalı  prospektinə doğru avtomobillərin istiqamət dəyişdiriləcəkdir:

"Bakı Şəhər BPİ Dövlət Yol Polis İdarəsi bu istiqamətlərdə nəqliyyat sıxlığının yaşanmaması üçün vətəndaşlara, sürtücülərə göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir".

Xəbər 381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR