Xocalı soyqırımının dünyada tanınmamasının səbəbi başda ikili standartlar olmaqla xristian düşüncəsidir.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Ankarada Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş konfransda Milliyyətçi Hərəkət Partiyasının (MHP) Kayseridən olan millət vəkili Yusuf Halaçoğlu deyib.
Millət vəkili qeyd edib ki, 24 il bundan əvvəl Xocalıda törədilmiş soyqırım Anadoludan başlayaraq Qafqaza qədər türklərə qarşı törədilən cinayətlərin bir hissəsidir.